Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2020 22:40
Kriptovalyuta şirkəti platformada saxta videolar olduğuna görə YouTube-u məhkəməyə verib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, video hostinq xidməti saxta videolara qarşı tədbir görmədiyi üçün kriptovalyuta şirkəti olan Ripple, YouTube-a qarşı iddia qaldırıb.
İddia ərizəsində Ripple video platformanı reklam satmaqda, saxta hesabları tanıtmaqda, həmçinin rəsmi şikayətlərə məhəl qoymamaqda günahlandırıb.
Ripple beynəlxalq pul köçürmələri üçün XRP rəqəmsal valyuta mübadiləsi şəbəkəsini idarə edir. Son bir neçə ay ərzində fırıldaqçılar Ripple və onun baş direktoru Brad Garlinghous üçün platformada hesablar yaradıblar. Hesabların bir qismi məşhur YouTube istifadəçilərindən oğurlanıb, beləliklə, saxta hesab yüz minlərlə abunəçiyə sahib olub.
Fırıldaqçılar həmin hesabların vasitəsilə, rəsmi Ripple kanalının əksər izləyicilərini çaşdıran aşağı ilkin ödənişlər qarşılığında daha yüksək XRP mükafatlarını təklif edən videolar paylaşıblar.