Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yandex şirkəti WhatsApp və Teleqram-a rəqib tətbiq istifadəyə verdi

Yandex şirkəti WhatsApp və Teleqram-a rəqib tətbiq istifadəyə verdi

Tarix: 25 Aprel 2020 23:12

Messencer Yandex-in Android və iOS istifadəçiləri üçün əlçatandır.

Yandex şirkəti Yandex.Messencer tətbiqini istifadəyə verdi. Tətbiq Yandex.chat-ı əvəzləyəcək.   

Milli.Az ted.az-a istinadən bildirir ki, tətbiqi hazırlayan proqramçılar Yandex.Messencer-də ünsiyyət üçün bütün imkanların olduğunu bildirirlər. 

Messencerin funksiyaları sırasına - chat, video zəng, səsli mesaj, yazılı mesaj, populyar KİV kanalları və konteni paylaşmaq imkanı mövcuddur.   

Messencer Yandex-in (Android və iOS istifadəçiləri üçün) mobil tətbiq versiyasında Yandex. Brauzer kompüter versiyasında yandex.ru, həmçinin Android və iOS-u dəstəkləyən digər tətbiqlərdə əlçatan olacaq.

"SpeechKit" texnologiyası vasitəsilə messencerdə göndərilən səsli mesajlar avtomatik olaraq yazılı mesaja çevrilə bilər. Nəticədə mesajları həm dinləmək, həm də oxumaq olacaq.   

Yandex.Меssencerində eyni anda bütün Yandex qeydiyyatından keçən istifadəçilər qoşula bilər. Sadəcə kontakt giriş üçün icazə vermək lazımdır. Tətbiqi yükləmək mütləq deyil. Mesaj uyğun bir tətbiqdə istər Yandex. Brauzerdə, istərsə də yandex.ru saytında oxuna bilər.

Milli.Az


Etiketlər:  Yandex şirkəti WhatsApp Teleqram a rəqib tətbiq istifadəyə verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ