Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2020 18:00
Koronavirus pandemiyası səbəbiylə dayandırılan İtaliya A Seriyası klublarının məşqlərə başlayacağı vaxt məlum olub.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, ölkənin baş naziri Cüzeppe Konte mayın 4-dən karantin rejiminin şərtlərinin yumşaldılacağını bildirib.
Sözügedən tarixdən etibarən futbolçular fərdi məşqlərə başlaya biləcəklər. Mayın 18-dən isə komanda məşqlərinə icazə veriləcək.
Bundan başqa, 2021-ci ilin yanvarınadək oyunlar azarkeşsiz keçiriləcək.