Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da yaşayan soydaşımız koronavirusdan həyatını itirib

ABŞ-da yaşayan soydaşımız koronavirusdan həyatını itirib

Tarix: 27 Aprel 2020 08:24

ABŞ-ın Nyu-York şəhərinin Bruklin rayonunda yaşayan Azərbaycan icmasının üzvü Natiq Qasımov koronavirusdan vəfat edib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, mərhum Bruklində yerləşən Coney Island xəstəxanasında bir neçə həftə müalicə alsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Nyu-York ştatında yeni koronavirusa yoluxanların sayı 282 min nəfəri ötüb (155 mini Nyu-York şəhərində), 16 min 599 nəfər (11 817-si Nyu-York şəhərində) isə bu xəstəlik səbəbindən həyatını itirib. ABŞ ərazisində, ümumi yoluxanların sayı 963 mini, ölənlərin sayı 54 350 nəfər keçib. 


Etiketlər:  ABŞ yaşayan soydaşımız koronavirusdan həyatını itirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ