Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

80-dən çox ölkənin vəkillər kollegiyası koronavirusla bağlı videokonfrans keçirdi

80-dən çox ölkənin vəkillər kollegiyası koronavirusla bağlı videokonfrans keçirdi

Tarix: 28 Aprel 2020 10:18

Bakı. Samir Əli - Trend:

Aprelin 27-də 80-dən çox ölkənin vəkillər kollegiyası koronavirusla bağlı videokonfrans keçirib.

Bu barədə Azərbaycan Vəkillər Kollegiyasından Trend-ə bildirilib.

Qeyd edilib ki, videokonfrans Honq Konq Vəkillər Kollegiyasının təşkilatçılığı ilə "COVID-19-un çağırışlarına vəkil cameəsi necə cavab verməlidir?" mövzusunda keçirilib.

Məlumata əsasən, konfransda koronavirus pandemiyasının vəkil peşəsinin həyata keçirilməsində yaratdığı maneələr və bu maneələrlə mübarizədə vəkillərin peşə birliklərinin tutmalı olduqları mövqe, habelə bu dövrdə insan hüquq və azadlqılarının səmərəli müdafiəsində vəkil peşəsinin rolu müzakirə olunmuş, İngiltərə və Uelsin Hüquq Cəmiyyətinin sədri Saymon Devisin, Yaponiya Vəkillər Kollegiyasının sədr müavini Hidetomo Uedanın, Fransa Vəkillər Kollegiyasının sədri Kristian Ferla-Şulun, Rusiya Federal Vəkillər Palatasının katibi Konstantin Dobrininin, həmçinin Milan Vəkillər Kollegiyasının, Avstraliya Vəkillər Kollegiyasının və digər ölkələrin nümayəndələrinin aidiyyəti ölkələrdə pandemiya ilə bağlı gətirilən məhdudiyyətlər və bu şəraitdə vəkilliyin həyata keçirilməsi barədə təqdimatları dinlənilib.

Daha sonra konfrans öz işini müzakirələr formasında aparıb.

Konfransda Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən Kollegiyasının Rəyasət Heyətinin aparatının rəhbəri Fərhad Nəcəfov iştirak edib.


Etiketlər:  dən çox ölkənin vəkillər kollegiyası koronavirusla bağlı videokonfrans keçirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ