Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2020 11:52
Bakı. Trend:
Avstriya hökuməti koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunmuş özünütəcrid rejimini mayın 1-dən ləğv etməyi planlaşdırır.
Trend-in məlumatına görə, bunu ölkənin Səhiyyə naziri Rudolf Anşober deyib.
Nazir bildirib ki, Avstriyada özünütəcrid rejiminin uzadılması üçün mühit yoxdur.
Onun sözlərinə görə, gələn aydan etibarən iyunun sonunadək vətəndaşlara bir-birilərindən azı bir metr məsafə saxlamaq şərti ilə evdən çıxmağa icazə veriləcək.
Qeyd edək ki, Avstriyada bu günədək 15 274 nəfər koronavirusa yoluxub, onlardan 12 362 nəfəri sağalıb, 549 nəfəri ölüb.