Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəkidə şagirdlərə onlayn ustad dərsi təşkil olunub (FOTO)

Şəkidə şagirdlərə onlayn ustad dərsi təşkil olunub (FOTO)

Tarix: 28 Aprel 2020 15:55

Bakı. Trend:

Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin bir qrup şagirdi ilə onlayn ustad dərsi təşkil olunub.

Bu barədə Mədəniyyət Nazirliyindən Trend-ə bildirilib.

Qeyd edilib ki, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xormeystri, Azərbaycan Respublikasının Əməkdar müəllimi Zenfira Nurullayevanın Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin bir qrup şagirdi ilə onlayn ustad dərsi təşkil olunub.

Dərs zamanı şagirdlərin sualları cavablandırılıb və onlara müvafiq tövsiyələr verilib.

Bildirilib ki, ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar uşaq musiqi və incəsənət məktəbləri mövcud şəraitdə öz fəaliyyətlərini sosial şəbəkələr üzərindən davam etdirirlər. Bu müddətdə sosial şəbəkələr vasitəsilə şagird və müəllimlərin, gənc istedadların yaradıcılıq uğurlarının işıqlandırılması, təbliği onları yeni nailiyyətlər qazanmağa daha da ruhlandırır.

Məlumata görə, eyni zamanda pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq musiqi təhsili müəssisələri arasında qarşılıqlı əməkdaşlıq əlaqələri daha da genişləndirilir.

Şəkidə şagirdlərə onlayn ustad dərsi təşkil olunub (FOTO) - Gallery Image Şəkidə şagirdlərə onlayn ustad dərsi təşkil olunub (FOTO) - Gallery Image Şəkidə şagirdlərə onlayn ustad dərsi təşkil olunub (FOTO) - Gallery Image Şəkidə şagirdlərə onlayn ustad dərsi təşkil olunub (FOTO) - Gallery Image


Etiketlər:  Şəkidə şagirdlərə onlayn ustad dərsi təşkil olunub FOTO


RƏYLƏR