Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2020 16:12
2020-ci ildə Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 6-da keçirilə bilər.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Almaniyanın "Bild" nəşri yazıb.
Qeyd olunur ki, ilkin yarış cədvəlinə əsasən 2020-ci il mövsümündə 17 mərhələ baş tuta bilər.
Nəzərdə tutulan cədvəl reallaşdırılsa, mövsümün ilk yarışı Avstriyada keçiriləcək.
İlk yarışın iyulun 5-də və 12-də Şpilberqdə keçirilməsi planlaşdırılır. Son mərhələ isə dekabrın 13-də Əbu-Dabidə keçiriləcək. Bakıdakı yarış mövsümün yeddinci mərhələsi ola bilər.
Xatırladaq ki, mart ayında Bakı Şəhər Halqası əməliyyat şirkəti koronavirus pandemiyası ilə əlaqədar iyunun 5-7-də nəzərdə tutulmuş mərhələni təxirə salmışdı.