Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

XXI əsrin ən yaxşı futbolçuları müəyyənləşib

XXI əsrin ən yaxşı futbolçuları müəyyənləşib

Tarix: 28 Aprel 2020 16:30

XXI əsrin ən yaxşı futbolçuları açıqlanıb.

Milli.Az Apasport.az-a istinadən xəbər verir ki, ən yaxşılar ELO sistemi ilə müəyyənləşib.

Hesablamalarda futbolçularım oyuna təsiri qollar, məhsuldar ötürmələr, həmçinin rəqiblərin və turnirlərin səviyyəsi nəzərə alınıb. İspaniya "Barselona"sının argentinalı futbolçusu Lionel Messi və İtaliya "Yuvenus"unun portuqaliyalı oyunçusu Kriştianu Ronaldo eyni xala malik olub. Amma Messi əlavə göstəricilərdə birinci yeri tutub. İlk "üçlüy"ü Fransa yığmasının sabiq üzvü Tyerri Anri qapayıb.

XXI əsrin 10 ən yaxşı futbolçusu
1. Lionel Messi - 100
2. Kriştianu Ronaldo - 100
3. Tyerri Anri - 98
4. Luis Suares - 97
5. Zlatan İbrahimoviç - 97
6. Harri Keyn - 97
7. Məhəmməd Salah - 97
8. Neymar - 96
9. Robert Levandovski - 96
10. Radamel Falkao - 95

Milli.Az


Etiketlər:  əsrin yaxşı futbolçuları müəyyənləşib


RƏYLƏR