Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2020 17:12
Çin İnternet İnformasiya Mərkəzi tərəfindən dərc edilmiş hesabata əsasən, ölkədə “COVID-19” epidemiyasının təsiri altında internet istifadəçilərinin sayı 900 milyonu ötüb.
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, hesabat 2019-cu ilin ikinci yarısından 2020-ci ilin martınadək olan dövrü əhatə edir.
Cari ilin martına olan vəziyyətə görə, Çində internet istifadəçilərinin sayı 904 milyona yaxınlaşıb ki, bu da 2018-ci ilin sonu ilə müqayisədə 75 milyon nəfər çoxdur. İnternetin yayılma əmsalı 64,5% təşkil edib. Bu halda istifadəçilərin 99,3%-i mobil telefonların köməyi ilə internetə daxil olublar, 896 milyon nəfər ani mesajlarla mübadilə xidmətlərindən istifadə ediblər ki, bu da 2018-ci ilin sonu ilə müqayisədə 100 milyon çoxdur.
Bundan başqa, distant təhsil platformalarından istifadə edənlərin sayı kəskin şəkildə artaraq 423 milyon (internetin bütün istifadəçilərinin ümumi sayının 46,8%-i) təşkil edib ki, bu da 2018-ci ilin sonu ilə müqayisədə 110,2% çoxdur.
Emil Hüseynov