Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2020 06:28
Bakı. Trend:
Meksikanın Mexiko ştatında sərnişin avtobusu maye qaz daşıyan avtosistern ilə toqquşub.
Trend-in "REN TV"yə istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində azı 1 nəfər həlak olub, 8 nəfər isə xəsarət alıb.
Bildirilir ki, toqquşmadan sonra sistern avtomobilin üzərindən çıxıb və partlayıb. Partlayış nəticəsində avtomobilin sürücü ölüb.
Mexiko ştatının prokurorluğu baş verən hadisənin araşdırılmasına başlayıb. Qəzanın səbəbi barədə məlumat verilmir.