Tarix: 29 Aprel 2020 11:08
“Dünya hazırda rəqabətli bir futbola hazır deyil. Ümid edirəm ki, bu vəziyyət tez bir zamanda dəyişər. Bunun üçün də hazırda daha çox səbrli olmağımız lazımdır”.
Qol.az xəbər verir ki, bu sözləri FİFA-nın səhiyyə komitəsinin rəhbəri Mişel D’Oqu “Sky Sports”a açıqlamasında deyib.
72 yaşlı belçikalı mütəxəssis futbol çempionatlarının bərpasında tələsməyin düzgün olmadığını bildirib:
“İkinci dünya müharibəsindən sonrakı ən dramatik durumun şahidi olmaqdayıq. Gerçəyi anlamalı, vəziyyəti ciddiyə almalıyıq. Futbol yalnız təmas təkrar mümkün olduğu zaman oynanıla bilər. Çünki bu, bir təmas oyunudur. Bir çox ölkədə azarkeşli və ya azarkeşsiz oyunların keçirilməsinə hazırlıq getdiyini eşidirəm. Amma hər kəs bu məsələdə maksimum diqqətli olmalıdır. Yeni mövsümə avqustun sonunda və ya sentyabr ayında start verilsə, bu, daha sevindirici olar. Beləcə, ikinci koronavirus dalğasının qarşısı alınar. Bu, pul məsələsi deyil, həyat və ölüm məsələsidir. Hər çey çox sadədir”.FİFA rəsmisi futbol oyunu ərəfəsində insanların gigiyenik qaydalara əməl etməsinin çox çətin olduğunu da deyib:
"Komandalar soyunma otağında və duş salonlarında bir-birinin yanında olur. Hər bir oyunçunun öz soyunma otağı ola bilməz. Əminəm ki, azarkeşlər harada olursa olsun, qrup halında toplanacaqlar.
Futbol matçlarını davam etdirməyə qərar verməzdən əvvəl hamıdan çox diqqətli olmalarını xahiş edərdim. Bunun nə vaxt mümkün olacağını deyə bilmərəm, çünki heç kim virusun yaxın aylarda özünü necə göstərəcəyini bilmir".