Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Üç uşaq anası Aysel gözəlliyi ilə heyran etdi - FOTO

Üç uşaq anası Aysel gözəlliyi ilə heyran etdi - FOTO

Tarix: 29 Aprel 2020 16:15

Aysel Teymurzadə doğum gününü qeyd edib.

Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, 20 yaşında Azərbaycanı "Eurovision 2009" mahnı müsabiqəsində təmsil edən ifaçının 31 yaşı tamam olub.

Ailə həyatı qurduqdan sonra səhnədən uzaq düşən Aysel xanım sosial şəbəkədə də aktiv deyil. Son paylaşımını yarım il əvvəl edən Aysel doğum günündə üzə çıxıb. O, yeni fotosunu paylaşaraq həyatına görə Allaha və valideynlərinə təşəkkür edib.

Üç uşaq anası olan ifaçı gözəlliyi ilə izləyicilərini heyran edib. Ayselin son paylaşımlarına yalnız tərif və rəğbət dolu şərhlər yazılıb. Onu təbrik edənlər və gözəl sözlər yazanlar arasında məşhur simalar da yer alıb.

Qeyd edək ki, Aysel Teymurzadə 2012-ci ildə pianoçu, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlovla ailə həyatı qurub. Cütlüyün 2012-ci il təvəllüdlü Sədiə adında qız, 2014 və 2016-cı il təvəllüdlü oğlan övladları var. Cütlüyün arasında 16 il yaş fərqi var. Aysel Teymurzadə 1989-cu il, Murad Adıgözəlov 1973-cü il təvəllüdlüdür.


Etiketlər:  Üç uşaq anası Aysel gözəlliyi ilə heyran etdi FOTO


RƏYLƏR