Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Anar Məmmədxanovun xatirəsi yad ediləcək

Anar Məmmədxanovun xatirəsi yad ediləcək

Tarix: 29 Aprel 2020 17:46

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi aprelin 30-u saat 21.00-da canlı efirdə "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun əfsanəvi kapitanı, millət vəkili Anar Məmmədxanovun xatirəsinə həsr edilən verilişi yayımlayacaq.

İdarədən Sonxeber.net-a verilən məlumata görə, veriliş Azərbaycan Respublikasının Əməkdar artisti, "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun üzvü, kinoaktyor və rejissor, naşir Bəhram Bağırzadənin təqdimatında Anar Məmmədxanovun həyat yoldaşı İradə Məmmədxanovanın və yaxın dostları yazıçı, publisist, türkoloq, Bakı Kitab Mərkəzinin rəhbəri Günel Anarqızının və ASAN FM Radiosunun rəhbəri, populyar teleaparıcı Emin Musəvinin iştirakı ilə efirə gedəcək.

Proqram boyu Anar haqqında düşüncələr, xoş xatirələr danışılacaq, bu işıqlı şəxsiyyətin görünən və görünməyən cəhətləri, həyat yolu haqqında onun qəlb dostlarının fikirləri səslənəcək.

Anar Məmmədxanovun xatirəsinə həsr olunmuş gecəni Baş İdarənin @bakimedeniyyetidaresi rəsmi "instagram" hesabından canlı izləyə və əsl ziyalı haqqında fikirlərinizi canlı efirdə paylaşa bilərsiniz.


Etiketlər:  Anar Məmmədxanovun xatirəsi ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ