Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2020 10:36
Bakı. Trend:
Bu ay 142 - Çağrı Mərkəzi 165 min müraciəti cavablandırıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, 142 - Çağrı Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Müraciətlər sosial dəstək tədbirləri, həmçinin əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial reabilitasiya və s. məsələlərlə bağlı olub. Zənglər saat 9:00-dan 24:00-a kimi 100 operator tərəfindən cavablandırılır.