Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2020 16:44
"Bavariya" baş məşqçisi Hans Fliklə müqavilənin müddətini rəsmən uzadıb.
Qol.az klubun saytına istinadən xəbər verir ki, alman mütəxəssis 2023-cü ilin yayına qədər olan müqaviləyə qol çəkib. İmzalanma mərasimi zamanı H.Flik Münhen təmsilçisinin hazırladığı maska taxıb.
Qeyd edək ki, Flik 2019-cu ilin iyulundan Münhen təmsilçisini çalışdırır. Onun rəhbərliyi altında komanda Bundesliqada 25 turdan sonra 1-ci pillədə qərarlaşıb. "Bavariya" Çempionlar Liqasının 1/8 finalında "Çelsi" ilə ilk matçda 3:0 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, "Bavariya" aprelin 3-cü H.Fliklə müqavilə imzalayacağını açıqlamışdı.