Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gənclər Fondunun Müşahidə Şurasının 2019-cu il üçün ikinci iclası keçirilib (FOTO)

Gənclər Fondunun Müşahidə Şurasının 2019-cu il üçün ikinci iclası keçirilib (FOTO)

Tarix: 4 Iyun 2019 12:39

Bakı. Elçin Mehdiyev - Trend:

Bakı Gənclər Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının 2019-cu il üçün ikinci iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda Fondun Müşahidə Şurasının gündəliyi müzakirə edilmiş və Gənclərin Məşğulluq Proqramı, Xaricdə Təhsil Proqramı, GəncLik və YayFest proqramları, 2019-cu ilin birinci yarısında görülmüş işlər barədə hesabat iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Daha sonra 2019-cu il üzrə Gənclər Fondunun fəaliyyət planı müzakirə olunaraq təsdiqlənib, gənclər təşkilatları üçün XII qrant müsabiqəsinin mövzuları müəyyən edilib. XII qrant müsabiqəsinin 4 iyun 2019-cu il tarixindən elan olunmasına qərar verilib.

İclasda Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, həmçinin, Müşahidə Şurasının üzvləri – Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli, “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri Seymur Orucov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini Murad Ağabəyli və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri Seymur Vəliyev iştirak ediblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Gənclər Fondunun Müşahidə Şurasının 2019 üçün ikinci iclası keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ