Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Disneyland-i Parisdə onlayn ziyarət etmək mümkündür

Disneyland-i Parisdə onlayn ziyarət etmək mümkündür

Tarix: 30 Aprel 2020 21:52

Koronavirus pandemiyası bütün insanların həyatını kəskin şəkildə dəyişdirib. Hazırda əyləncə parklarına və əyləncə mərkəzlərinə getmək müzakirə belə ounmur. Bununla əlaqədar olaraq Disneyland Parisdə ziyarətçilər üçün xüsusi onlayn xidmət istifadəyə verdi.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu portal vasitəsilə insanlar Disneylend-in ən məşhur turistik yerlərini virtual ziyarət edə, rəsm, rəqs və ya yemək bişirmə üçün ustad dərslərinə "gedə" bilərlər.

Xüsusilə də uşaqlara sevimli cizgi filmlərinin personajlarını çəkmək, həmin qəhrəmanlar kimi rəqs etməyi öyrənmək və ya filmlərdəki kimi yeməklər bişirmək təklif olunur. Sayta Disneyland-in sirləri haqqında video da yerləşdirilib.

Qeyd edək ki, hazırda onlayn resurs altı dildə xidmət göstərir. Bu dillərə ingilis, fransız, alman, ispan, italyan və holland dilləri daxildir.

Milli.Az


Etiketlər:  Disneyland i Parisdə onlayn ziyarət etmək mümkündür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ