Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İngiltərənin ən bahalı klubu açıqlandı

İngiltərənin ən bahalı klubu açıqlandı

Tarix: 1 May 2020 11:34

Futbol üzrə İngiltərə Premyer Liqasının ən bahalı klubu məlum olub. 

Sonxeber.net matc.az-a istinadən xəbər verir ki, "Evening Standart"ın hazırladığı siyahıya görə, Premyer Liqanın ən bahalı klubu "Tottenhem"di. London klubunun dəyəri 1,8 milyard funt-sterlinqdən 2,6 milyarda yüksəlib.
 
Premyer Liqanın ən bahalı ikinci klubu isə "Mançester Siti"di. "Şəhərlilər"in hazırkı dəyəri 2,2 milyard funt-sterlinq olaraq göstərilib.
 
Siyahıda 3-cü yerdə 2,1 milyard funt-sterlinqlə "Mançester Yunayted" qərarlaşıb.
 
İlk 3-lükdə yer almayan, ötən mövsüm Çempionlar Liqasının qalibi olan "Liverpul" isə 1,6 milyard funt-sterlinq dəyərindədi.


Etiketlər:  İngiltərənin bahalı klubu açıqlandı


RƏYLƏR