Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Həkimin səhv əməliyyatına görə səsim batdı'' - Elnarə

''Həkimin səhv əməliyyatına görə səsim batdı'' - Elnarə

Tarix: 1 May 2020 16:00

Toy məclislərindən birində xəstə ola-ola oxudum. Səs tellərimin üstündə polib yaranıb. Dedilər, filan həkim əməliyyat edir, yaxşıdır. İndi həkim həkim yadıma düşəndə əsəbiləşirəm. O həkim qarşıma çıxsa, öldürərəm onu.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva "7 canlı" verilişində deyib. Xanəndə səsi ilə bağlı başına gələn hadisəni danışıb. Abdullayeva həkim səhvinə görə səsini itirdiyini etiraf edib:

"Bu hadisə 2000-ci ildə olub. Getdim, guya səs telimi əməliyyat etdi. Adı Elman idi. Bir neçə gün geçdi, düzəlmədim. Elə günə qaldım ki, səsim batdı, lal kimi oldum. Kimisə çağırmaq üçün əl çalmalıydım. Səsim çıxmırdı.

Sonra başqa həkim tapdım, bir az səsimi yerinə qaytardı. Amma oxuya bilmirdim, oxumaq istəyəndə, boğazımdan qan gəlirdi. Üç il bundan əvvələ qədər mənim səs telimdə bu problem var idi. Canlı belə oxuya bilmirdim".


Etiketlər:  Həkimin səhv əməliyyatına görə səsim batdı Elnarə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ