Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2020 18:38
Narıncı zonada ictimai yerlərdə tibbi maskalardan istifadə məcburidir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, bununla bağlı Operativ Qərargah və ictimai xadimlər vətəndaşlara çağırışlar edirlər: "İnsanlar bu tələblərə, çağırışlara əməl etməlidirlər. Müşahidələr göstərir ki, marşrut avtobuslarında vətəndaşlar qaydalara riayət etmir, tibbi maska olmadan hərəkət edirlər, sosial məsafə saxlamırlar. Amma ictimai nəqliyyatda qoruyucu vasitələrdən istəfadə etmək məcburidir. Bununla bağlı qaydalar təstiq olunandan sonra ictimaiyyətə açıqlanacaq və ictimai nəqliyyatda hansı qaydalara əməl etmək məcburidirsə, o açıqlanacaq. Bundan sonra sərnişinlər həmin qaydalara riayət etmək məcburiyyətində qalacaqlar".