Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mayın 4-dən Bakıda bulvar və parklar açılmayacaq - AÇIQLAMA - YENİLƏNİB

Mayın 4-dən Bakıda bulvar və parklar açılmayacaq - AÇIQLAMA - YENİLƏNİB

Tarix: 2 May 2020 12:58

12:55

Nazirlər Kabineti yanında Operativ Qərargahın dünənki qərarı ilə ölkənin bir hissəsində parklara girişə icazə verilib. 

Sonxeber.net "Qafqazinfo"ya istinadən bildirir ki, qərarda "bulvar" sözü yer aldığı üçün sosial şəbəkələrdə insanlar bunun Bakı bulvarına aid olduğu qənaətinə gəliblər. Lakin bu qərar Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonuna aid deyil.

Bu 4 şəhər və 1 rayonda parklara, bulvar ərazisinə, istirahət mərkəzinə giriş hələ də qadağandır. Mayın 4-dən Naxçıvanda və ölkənin digər rayonlarında bulvar, park və istirahət məkanlarına giriş sərbəst olacaq. 

Bu rayonlarda da parklarda və ictimai iaşə obyektlərində insanların bir yerdə 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır.

--------

12:31

"Bulvara girişlə bağlı məhdudiyyətin aradan qaldırılması Operativ Qərargahın qərarından asılıdır. Nə vaxt qərar verilsə, bulvara girişə qoyulan məhdudiyyət o zaman aradan qaldırılacaq".

Sonxeber.net xəbər verir ki, bunu yenicag.az-a açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı bildirib.

Onun sözlərinə görə, qərar paytaxt ərazisində olan parklara şamil olunmur:

"Xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı qərarda bulvara girişə qoyulan məhdudiyyətin aradan qaldırılması ilə bağlı bənd yoxdur. Operativ Qrargahın qərarı Bakıdakı park və bulvara aid deyil".


Etiketlər:  Mayın dən Bakıda bulvar parklar açılmayacaq AÇIQLAMA YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ