Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2020 21:45
Rusiyada surroqat anaların (daşıyıcı ana) dünyaya gətirdikləri uşaqlarla bağlı araşdırma aparılıb.
Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, alimlər, surroqat analardan doğulan uşaqların daha güclü immunitetə malik olduqlarını, bundan başqa, onların az iştaha ilə daha artıq çəki yığdıqlarını bildiriblər.
Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Sitologiya və Genetika İnstitutunun tədqiqatçıları bu nəticəyə siçanlar üzərində bir sıra təcrübələr apardıqdan sonra gəliblər. Bildirilir ki, bu, surroqat ana və onun daşıdığı dölün əhəmiyyətli gen fərqlərindən qaynaqlanır. Ona görə də bu uşaqlar ənənəvi yolla doğulmuş uşaqlardan daha sağlam olurlar. Amma surroqat analıq mərkəzi bu analardan doğulan uşaqların sağlam olduqlarını təsdiqləsə də, artıq çəki haqqında deyilənlərlə razılaşmır.
İmmunitetin güclü olması surroqat ananın diqqətlə seçilməsindən qaynaqlanır. Yəni sağlam körpələr dünyaya gətirmək üçün surraqat ana kimi adətən mükəmməl sağlam qadınlar seçilir.