Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı-Sumqayıt yolunda beton sədlər yığışdırılır? - RƏSMİ CAVAB

Bakı-Sumqayıt yolunda beton sədlər yığışdırılır? - RƏSMİ CAVAB

Tarix: 4 May 2020 15:20

"Bakı-Sumqayıt yolunda yerləşdirilən beton arakəsmələr ərazidən götürülür".

Sonxeber.net xəbər verir ki, bu barədə oxu.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. 

O bildirib ki, yenidənqurma işləri çərçivəsində Bakı-Sumqayıt şossesində qoyulmuş beton arakəsmələr yoldan kənarlaşdırılır:

"Sözügedən ərazidə yerləşdirilən beton arakəsmələrlə bağlı bəzi vətəndaşlar tərəfindən agentliyə müraciətlər ünvanlanıb. Ümumilikdə, vətəndaşların müraciətləri nəzərə alınaraq, aidiyyəti dövlət qurumları ilə danışıqlar aparılıb. Ortaq razılıq əsasında, sözügedən ərazidə yenidənqurma işləri çərçivəsində aparılan layihədə dəyişiklik olunub. Hazırda ərazidə qoyulan dəmir-beton maneələr yoldan kənarlaşdırılır".


Etiketlər:  Bakı Sumqayıt yolunda beton sədlər yığışdırılır RƏSMİ CAVAB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ