Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xüsusi karantin rejimi zamanı 48 295 nəqliyyat vasitəsi cərimə edilib

Xüsusi karantin rejimi zamanı 48 295 nəqliyyat vasitəsi cərimə edilib

Tarix: 4 May 2020 17:39

Bakı. Trend:

Xüsusi karantin rejimi zamanı 48 295 nəqliyyat vasitəsi cərimələnib, amma qərarları verilməyib.

Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

V.Kərimlinin sözlərinə görə, 1 may tarixindən isə cərimələrin qərara alınması proseduruna başlanılacaq: "Buna səbəb nəqliyyat vasitələrinin xaotik dayanması ilə onların sıxlığa səbəb olmasıdır. Ona görə də məcburi halda cərimələri bərpa etməliyik. Bunun konkret zonalar üzrə tətbiqinə başlanılacaq. Nəqliyyat sıxlığı olmayan yerlərdə cərimələrin tətbiqi yersizdir”.

BNA sədri əlavə edib ki, koronavirusa dair metoodiki göstərişlərə əsasən, ictimai nəqliyyatda tibbi maska taxmaq məcburidir: "Bunun cərimə mexanizmi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qərar veriləcək. Biz daha çox cərimələməyə yox, maarifləndirməyə üstünlük verməliyik. Əgər sıxlıq həddindən çox olarsa, bunun üçün məhdudlaşdırıcı tədbirlər görüləcək”.


Etiketlər:  Xüsusi karantin rejimi zamanı nəqliyyat vasitəsi cərimə edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ