Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2019 15:45
Bakı. İlhamə İsabalayeva - Trend:
Səhiyyə Nazirliyi Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində üzünü it parçalayan uşağın vəziyyətini açıqlayıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, aprel ayının 16-da it dişləməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilən 2015-ci il təvəllüdlü Hüseyn Məmişovun hazırkı vəziyyəti stabildir.
Onun müalicəsi Kliniki Tibbi Mərkəzdə davam edir: "Xəstə peşəkar tibb işçilərinin nəzarəti altındadır".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin