Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bundesliqa klublarında koronavirus şoku

Bundesliqa klublarında koronavirus şoku

Tarix: 5 May 2020 11:16

Almaniya Futbol Federasiyası klubların koronavirus testinin nəticəsini açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ilk sınaqda birinci və ikinci Bundesliqa təmsilçilərində oyunçu və klub işçiləri daxil olmaqla, ümumilikdə 1724 test edilib. Nəticələrə əsasən, 10 nəfərdə koronavirus aşkarlanıb.

Bu həftə ikinci sınağın olacağı vurğulanıb. Yeni yoluxma aşkarlanmasa, klublar qrup halında məşqlərini bərpa edə biləcəklər.

Əlavə olaraq oyunçuların könüllü olaraq testdən keçmək imkanının olacağı vurğulanıb. Komanda qrup məşqlərini bərpa etdikdən sonra futbolçuların həftədə iki dəfə koronavirus testindən keçirilməsi planlaşdırılır.

Milli.Az


Etiketlər:  Bundesliqa klublarında koronavirus şoku


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ