Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona'' ona görə 80 milyon avro və üç futbolçusundan imtina etməyə hazırdı

''Barselona'' ona görə 80 milyon avro və üç futbolçusundan imtina etməyə hazırdı

Tarix: 5 May 2020 13:20

"Barselona" Lautaro Martinesin transferi ilə bağlı "İnter"lə danışıqları davam etdirir.

Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, "Barselona" "İnter"ə 80 milyon avro təklif edib. Katalon klubu məbləği tranşlarla ödəməyə hazırdı. Həmçinin, "Barsa" sözügedən məbləğlə yanaşı, Xunior Firpo, Nelson Semedu və Jan-Kler Todibonu da qarşı tərəfə göndərməyə razıdı.

Bu, "blauqrana"nın ən yaxşı təklifidi. Lakin "İnter" Lautaronu yalnız təzminat məbləği - 111 milyon avro - qarşılığında satmaq niyyətindədi. "Neradzurri" aşağı təklifləri gözdən keçirməyi belə planlaşdırmır.

Belə olan halda, 22 yaşlı futbolçunun daha bir mövsüm "İnter"də qalacağı gözlənilir. Prezident Stiven Canq və ətrafı Lautaronun Antonio Konteninin rəhbərliyi altındakı ikinci mövsümdə daha da inkişaf edəcəyi və transfer qiymətini artıracağını düşünür.

Cari mövsümdə İtaliya A Seryasında 22 matçda meydana çıxan argentinalı hücumçunun aktivində 11 qol, 4 məhsuldar ötürmə var.


Etiketlər:  Barselona görə milyon avro üç futbolçusundan imtina etməyə hazırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ