Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Vətəndaşlarımız bütün tələblərə ciddi əməl etməli, tövsiyələri nəzərə almalıdırlar''

''Vətəndaşlarımız bütün tələblərə ciddi əməl etməli, tövsiyələri nəzərə almalıdırlar''

Tarix: 6 May 2020 10:00

Son günlər pandemiyaya yoluxma hallarında təkrar artım tendensiyası nümayiş edirik. Bu, vətəndaşlarımızın hökumətin təyin etdiyi izolyasiya tədbirlərinə əməl etməməsinin nəticəsində baş verir. Vətəndaşlarımız bütün tələblərə ciddi əməl etməli, tövsiyələri nəzərə almalıdırlar.

Sonxeber.net xəbər verir ki, bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Millət vəkili qeyd edib ki, dövlətimiz ilk gündən lazımi addımları atır, ölkə rəhbərinin şəxsən nəzarəti ilə antiböhran konsepsiyası işə salınıb: "Azərbaycanda koronavirusla bağlı görülən tədbirlər son iki ayda ən çox müzakirə edilən məsələlərdən biridir. Digər ölkələrə nisbətən Azərbaycanda dəhşətli virusa yoluxanların, eləcə də, həyatını itirənlərin sayının olduqca azlığı xüsusi diqqət çəkir. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumətin koronavirusun qarşısını almaq üçün martın 18-dən etibarən karantin rejiminin ölkədə tətbiq edilməsi barədə verdiyi qərar çərçivəsində atdığı sərt addımların nəticəsi kimi qiymətləndirilir. Bu gün bütün ölkə həyatı karantin lokomotivinə uyğunlaşdırılıb, demək olar ki, bütün sahələrlə bağlı nəzarət tətbiq edilib və onların qorunması ilə bağlı milyard dollarlıq sosial paketlər icra edilir. Bütün bu proseslər məsələnin dövlət tərəfini, onun çiynindəki yükü uğurla daşımasını göstərsə də, prosesin ikinci tərəfi olan vətəndaşlar barədə müəyyən tərəddüdlər var".

Deputat son günlər virusa yoluxma hallarında yüksəlmə tendensiyasına da toxunub: "Bəzi vətəndaşlarımız bu qərarlardan düzgün nəticə çıxarmırlar. Ölkə ərazisində karantin rejiminin qismən yumşalması cəmiyyətə kifayət qədər müsbət təsir etsə də, müəyyən qayğıları çıxardı. Vətəndaşlarımız qətiyyən arxayınlaşmamalıdır. Mövcud vəziyyəti düzgün analiz etməliyik. Bəzi vətəndaşlarımız bu qərarlardan düzgün nəticə çıxarmırlar, arxayınlaşırlar və zəruri olmadığı təqdirdə şəhərə çıxırlar. Hər kəs zəruri sosial davranış qaydalarına, şəxsi gigiyena və tibbi-profilaktik qaydalara əməl etməli, yalnız zəruri hallarda evdən çıxmalı, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmalıdır. Bununla da vətəndaşlarımız həm özlərinin və ailələrinin sağlamlığını qoruyacaq, həm də dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək göstərmiş olacaqlar".

Millət vəkili vətəndaşları Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarlarına qeyd-şərtsiz əməl etməyə, ölkəmiz üçün belə çətin günlərdə maksimum məsuliyyətli olmağa və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərməyə dəvət edib.


Etiketlər:  Vətəndaşlarımız bütün tələblərə ciddi əməl etməli tövsiyələri nəzərə almalıdırlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ