Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2020 13:40
Keçmiş deputat Rüfət Ağalarov Milli Məclisdə icra etdiyi vəzifəsindən azad edilib.
Sonxeber.net modern.az-a istinadən xəbər verir ki, R.Ağalarov parlamentin Komitə və komissiyalar ilə iş şöbəsinin müdir müavini idi.
O, təqaüdə göndərilib.
Bundan əvvəl Milli Məclisin sədri Sahibə Qafarovanın sərəncamı ilə Komitə və komissiyalar ilə iş şöbəsi və Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsi ləğv olunaraq Ümumi şöbəyə birləşdirilmişdi.