Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2020 17:42
Bakı. İlhamə İsabalayeva – Trend:
Azərbaycanda koronavirusla mübarizədə iştirak edən həkimlər sığortalana bilər.
Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, koronavirusla mübarizədə iştirak edən həkimlərin sığortalanması məsələsi müzakirə edilib. İlkin olaraq, buna müsbət rəy verilib.
Sədr qeyd edib ki, koronavurusla mübarizədə iştirak edən həkimlər öz həyatlarını riskə atırlar: “Bu məsələ iş yerində bədbəxt hadisədən sığortalanmanın tətbiqi ilə tənzimlənə bilər. Düşünürəm ki, bu iqtiqamətdə ilə bağlı yaxın vaxtlarda təkliflər olacaq”.