Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2020 07:16
Bakı. Trend:
Serbiya parlamenti ölkədə fövqəladə vəziyyət rejiminin ləğv edilməsini dəstəkləyib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, fövqəladə vəziyyət rejiminin ləğv edilməsini Serbiyanın baş naziri Ana Brnabiç təklif edib.
Bildirilir ki, fövqəladə vəziyyət rejiminin ləğv edilməsinin lehinə 155 deputat səs verib, 2 deputat səs verməyib.
Məlumata əsasən, parlament həmçinin fövqəladə vəziyyət rejiminin daha qısa müddətdə ləğv edilməsinə dair qərar qəbul edib.