Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2019 15:00
Canni İnfantino növbəti dəfə FİFA-nın prezidenti seçilib.
Qol xəbər verir ki, bu gün Fransanın paytaxtı Parisdə keçirilən FİFA-nın qurultayında yeganə namizəd olan isveçrəli funksionerin 2023-cü ilədək vəzifəsində qalacağı təsdiqlənib.
Qeyd edək ki, 195 ölkənin federasiyası İnfantinoya dəstək olub. O, 2016-cı ilin fevralından FİFA-ya rəhbərlik edir.