Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşq zamanı çempion olduqlarını öyrəndilər

Məşq zamanı çempion olduqlarını öyrəndilər

Tarix: 7 May 2020 15:20

Portuqaliya 2-ci liqası mövsümün sonuna 11 tur qalmış yekunlaşıb.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, liqanın lideri "Nasional" çempion elan olunub. 2-ci yerin sahibi "Feyrenşi" çempionla birlikdə Premyer Liqaya vəsiqə əldə edib.

"Nasional"ın futbolçuları məşq zamanı çempion olub, yüksək liqaya vəsiqə qazandıqlarını öyrəniblər. Stadionda səsgücləndirici ilə çempionluq xəbəri futbolçulara çatdırılıb.

Portuqaliya höküməti Premyer Liqa və ölkə kubokunun davam etdirilməsinə qərar verib. Oyunların mayın 30-dan keçiriləcəyi gözlənilir.

Milli.Az


Etiketlər:  Məşq zamanı çempion olduqlarını öyrəndilər


RƏYLƏR