Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dövlət imtahanı verməyənlər əsgərliyə bir il yarım gedəcəklər? - VİDEO

Dövlət imtahanı verməyənlər əsgərliyə bir il yarım gedəcəklər? - VİDEO

Tarix: 7 May 2020 16:16

Mövcud vəziyyətdə karantin dövrünə bir sıra yumşalmalar tətbiq olunsa da təhsil ocaqlarında dərslər hələ də başlamıyıb. Və bu şəraitdə sonuncu kursda təhsil alan oğlan tələbələri bir sual düşündürür. Əgər onlar hərbi xidmətin iyul çağırışına qədər dövlət imtahanını verməsələr, 1 il yox 1 il 6 ay hərbi xidmət göstərməli olacaqlar.

Sonxeber.net bildirir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.

Tələbə: "Biz dövlət imtahanı verməmişik, həm də mən magistr oxumaq istəyirəm və hazırlaşıb imtahan da vermişəm, yəni ixtisasım qabiliyyət tələb etdiyinə görə 1-ci turu keçmişəm, 2-ci turum qalıb. Planlarım var ki, filan ildə filan işi edəcəm, birdən-birə bu məsələnin ortaya çıxarılması düşünürəm ki, bütün pılanlarımızın alt-üst olması deməkdir".

Tələbə: "Mən Kənan Məmmədov, 4-cü kurs tələbəsiyəm. Düşünürəm ki, mən əziyyət çəkmişəm, 4 il oxumuşam, düzdür, hər bir vətəndaşın borcudur əsgər getmək, vətənin keşiyində dayanmaq, amma düşünürəm ki, bu qərar bir az müəmmalı oldu, haqlı olmadı".

Elçin Əfəndi - Təhsil eksperti: "Hansı ki, imtahan verməyən və yaxud da 4-cü kursda təhsil alan tələbələr var ki, onlar iyul ayı ərzində semestr imtahanları vermədikləri halda, təbii ki, hərbi xidmətə gedə bilməzlər".

Kamran Əsədov - Təhsil eksperti: "Pandemiya dövrü qəbul imtahanlarının vaxtına təsir göstərdiyi üçün həmin şəxslər hərbi xidmətə gec getməlidirlər. Ümid edirəm ki, yaxın günlərdə hərbi xidmət haqqında qanuna dəyişiklik edilərək möhlət hüququ veriləcək və birmənalı şəkildə verilməlidir, çünki bu, bir fors-major haldır".

Karantin dovrünün bitməsinin konkret müddəti bilinmədiyindən ekspertlər də hesab edir ki, hərbi xidmətə çağırışın vaxtı dəyişdirilməlidir.

Elçin Əfəndi - Təhsil eksperti: "Bununla bağlı Təhsil Nazirliyi müvafiq proqram hazırlayıb, yəni nazirlik hərbi xidmətə çağırış edən strukturlara müraciət göndərəcək onun təhsil alması ilə bağlı".

Təhsil Nazirliyi isə məsələ ilə bağlı yaxın günlərdə açıqlama verəcəyini bildirdi.


Etiketlər:  Dövlət imtahanı verməyənlər əsgərliyə yarım gedəcəklər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ