Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2020 17:21
Bakı. İlhamə İsabalayeva – Trend:
1-ci sinifə şagirdlərin qəbulu prosesi ölkə ərazisində tam elektronlaşdırılmış şəkildə həyata keçirilib. Bu il 120 mindən çox şagird artıq 1-ci sinifə qəbul edilib. Qalan şagirdlərin də elektron müraciət etməsini gözləyirik.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov deyib.
Nazirin sözlərinə görə, tədrisi Azərbaycan dilində deyil, rus dilində təhsil almaq istəyən uşaqların birinci sinifə qəbulu üçün müsahibələr keçirilməlidir: “Artıq 9621 şagird sorğusu yerləşdirilib. Mayın 20-dən onların qeydiyyatına başlanacaq. İyunda valideynlərin seçimi əsasında müsahibələr onlayn və ya üzbəüz keçiriləcək”.