Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

TƏBİB-in İdarə Heyəti yanında ''Tibbi-Elmi Komitə”nin iclası keçirilib

TƏBİB-in İdarə Heyəti yanında ''Tibbi-Elmi Komitə”nin iclası keçirilib

Tarix: 8 May 2020 14:45

Bakı. Trend:

TƏBİB-in İdarə Heyəti yanında “Covid-19 virus infeksiyası ilə bağlı preventiv tədbirlərin və yeniliklərin öyrənilməsi ilə bağlı "Tibbi-Elmi Komitə”nin iclası keçirilib.

​Mayın 8-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında “Covid-19 virus infeksiyası ilə bağlı preventiv tədbirlərin və yeniliklərin öyrənilməsi ilə bağlı Tibbi-Elmi Komitə”nin iclası keçirilib.

İclası giriş sözü ilə açan TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə çərçivsində ölkə rəhbərliyinin birbaşa nəzarəti ilə bir çox mühüm tədbirlər həyata keçirildiyini vurğulayıb. Bildirilib ki, artıq ölkədə ağır koronavirus xəstələrinin müalicəsi üçün “İmmun Plazma müalicəsi” metodunun tətbiq edilməsinə başlanılıb.
İclasda, Koronavirus (COVID-19) infeksiyasının profilaktikası, diaqnostikası və müalicəsindəki elmi yeniliklər və ölkəmizdə tətbiqi ilə bağlı aparılan tibbi-elmi tədbirlərlə əlaqədar müxtəlif səpkili məsələlər müzakirə edilib.

Qeyd edək ki, Komitə TƏBİB-in İdarə Heyəti sədrinin müvafiq Əmri ilə Covid-19 virus infeksiyası ilə bağlı preventiv tədbirlərin və yeniliklərin öyrənilməsi məqsədilə yaradılıb.


Etiketlər:  TƏBİB İdarə Heyəti yanında Tibbi Elmi Komitənin iclası keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ