Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ADA Universiteti onlayn sənəd qəbuluna başlayıb - TOEFL və "Duolingo" İngilis Dili Testi nəticələri ilə

ADA Universiteti onlayn sənəd qəbuluna başlayıb - TOEFL və

Tarix: 8 May 2020 19:34

Koronavirus pandemiyası (COVID-19) ilə əlaqədar İngilis dili üzrə sertifikat imtahanlarının keçirilməsi təxirə salındığından, ADA Universiteti bakalavr və magistr pillələrinə müraciət prosesini tənzimləmək məqsədilə müvəqqəti olaraq namizədlərin onlayn TOEFL və Duolingo İngilis Dili Testi üzrə nəticələrini qəbul etməyə başlayıb.

Onlayn TOEFL və Duolingo İngilis Dili Testi vasitəsilə namizədlər olduqları məkanı tərk etmədən imtahanda iştirak edərək sertifikat əldə edə bilərlər.

Qeyd edək ki, ADA Universiteti cari ilin may ayından etibarən onlayn test nəticələrini qəbul etsə də, namizədlər eyni zamanda, ənənəvi qaydada keçirilən TOEFL, IELTS və PTE imtahan nəticələri ilə də bakalavr və magistr pillələrinə müraciət edə bilərlər. Hər iki pillə üzrə müraciət edən namizədlərdən qəbul üçün lazımi imtahan balını toplaması tələb olunur.

ADA Universitetinin rəsmi səhifəsinə keçid etməklə bakalavr və magistr proqramları ilə bağlı daha ətraflı məlumat əldə edə bilərsiniz.

Xatırladaq ki, ADA Universiteti bu ildən etibarən ABŞ-ın Corc Vaşinqton Universiteti ilə Kompüter elmləri və Data analitikası üzrə magistr proqramı, Rusiyanın MGIMO Universiteti ilə "Maliyyə" üzrə MBA proqramı təklif edir. Proqramla bağlı müvafiq məlumatları buradan əldə etmək mümkündür.

https://bit.ly/2znJTYg

https://bit.ly/3bjZF44

Milli.Az


Etiketlər:  ADA Universiteti onlayn sənəd qəbuluna başlayıb TOEFL Duolingo İngilis Dili Testi nəticələri ilə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ