Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2020 17:18
Koronavirus xəstələri üçün immun plazma müalicəsinin aparılması məqsədilə ilk işlər görülüb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ qərargahın bu gün keçirilən brifinqində deyib.
R.Bayramlı qeyd edib ki, sağalmış xəstələrdən immun plazma əldə edilib, artıq ilk ağır reanimasyon xsətələrə plazma köçürülüb. Bunun nəticələri barədə əlavə məlumat veriləcək.
Onun sözlərinə görə, ölkədə çarpayı fondunun kifayət qədər olmasına baxmayaraq, yeni istifadəyə verilən ilk modul tipli xəstəxana çarpayı fondunun daha da artmasına imkan verdi.