Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2020 18:50
Natavanla əla münasibətimiz var. Onun açıqlamasına baxdım, dedim, axı elə olmayıb. Tolik mənə onu təqdim etməməyi deməyib. Oldu keçdi, eybi yox.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Afaq Gəncəli "Tolik ilə səmimi" "Youtube" verilişində deyib. O, müğənni Natavan Həbibinin "Tolikin tapşırığı ilə Afaq toyda məni təqdim etmədi" sözlərinə cavab verib:
"Natavanla başqa mübahisə olmuşdu. Verilişlərin birində qalmaqal yaşandı və durub getdim. İşığı çıxartdırmaq Toliklik idi, amma təqdim etməməyi özüm istədim".
Afaq daha sonra müğənni Günay İbrahimli ilə küsmələrindən söz açıb:
"İndi də Günayı İnstaqramda izləyirəm, düşmən deyilik. Amma danışmırıq. Toxumu necə tökürsənsə, ondan pis bəhrə ala bilməzsən. İlk addımlarından onun əlindən tutmuşam. Ona görə də ona düşmən kəsilə bilmərəm. Nəsə baş verib, onun səs tonunda, davranışında səhv olub. Böyük mübahisəmiz yoxdur. Sadəcə, bir-birimizlə danışmırıq".