Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2020 19:48
Bakı. Trend:
İspaniyanın "Real" (Madrid) futbol klubu növbəti mövsüm oyunçuların və məşqçilər heyətinin maaşlarını 30 faiz azaltmaq imkanını nəzərdən keçirir.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Madird klubunun bu qərarı koronavirus pandemiyası nəticəsində itkiləri ilə əlaqədardır. Bu adımla klub 100 milyon avroya qənaət etmək niyyətindədir.
Qeyd edilir ki, klubun ən çox maaş alan oyunçularının (Serxio Ramos və Qaret Beyl) maaşı təxminən 5 milyon avro azaldılacaq.
Xatırladaq ki, İspaniya Çempionatı mart ayında koronavirus pandemiyası ilə əlaqədar olaraq dayandırılıb.