Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2020 08:52
Koronavirus pandemiyası səbəbindən dayandırılan İspaniya Futbol Çempionatı mövsümü iyunun 12-dən bərpa oluna bilər.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə La Liganın prezidenti Xavyer Tebas bildirib.
X.Tebas deyib: "İyun 12-dən oyunların bərpa olunmasını istərdim. Birinci və ikinci divizionlar eyni vaxtda bitəcəkdir. Bəzi qarşılaşmalar 35 gün ərzində hər gün keçiriləcəkdir".
Bildirilib ki, pandemiya ilə bağlı vəziyyət tələb edərsə, liqa turnirin bərpa olunmasını bir həftə təxirə sala bilər.