Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2020 10:22
Koronavirus pandemiyası səbəbindən təxirə salınan La Liqanın iyunun 12-i bərpası planlaşdırılır.
Qol.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb. Bildirilib ki, La Liqa rəhbərliyi yayın ilk iki ayı ərzində çempionatın bitməsini istəyir. Rəhbərlik avqustda bərpa olunacaq avrokubok oyunlarına qədər mövsümü başa vurmağı planlaşdırır.
Ehtiyat tarix kimi isə iyunun 19-u nəzərdə tutulub.
Çempionatın qısa müddətdə bitməsi üçün oyunların cümə, şənbə, bazar günləri keçirilməsi mümkündür.