Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2020 10:36
La Liqa prezidenti Xavyer Tebas Primero və Sequndada 8 nəfərin (onlardan beşi futbolçudur) koronavirus testinin müsbət nəticə verməsini şərh edib.
Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, 57 yaşlı funksioner "Movistar" telekanalının efirində analiz nəticələrina münasibət bildirib:
"2500 test keçirildiyini nəzərə salsaq, bunun futbol ictimaiyyəti və ümumilikdə İspaniya üçün yaxşı xəbər olduğunu deyə bilərik. Biz 25-30 nəfərdə koronavirus aşkarlanacağını gözləyirdik.
Çərşənbə axşamı xəstə oyunçular daha bir testdən keçəcəklər. Onlar sağalmağa yaxındılar".