Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nazirlik: Peşə məktəblərinə qəbul avqustda keçiriləcək

Nazirlik: Peşə məktəblərinə qəbul avqustda keçiriləcək

Tarix: 11 May 2020 12:12

Bakı. İlhamə İsabalayeva - Trend:

Peşə təhsil müəssisələrinə qəbulun avqust ayında keçirilməsi planlaşdırılır.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, peşə təhsili müəssisələrində ümumi təhsil fənləri üzrə təhsilalanların attestasiyası fevral ayında yekunlaşıb. İxtisas (sınaq) istehsalat işinin qiymətləndirilməsi və dövlət buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulmur.

Qiymətləndirmə təhsilalanın əvvəlki dövr ərzində nailiyyətləri əsasında aparılır. Qiymətindən narazı qalan təhsilalanlar üçün avqust-sentyabr aylarında buraxılış imtahanları keçirilə bilər.


Etiketlər:  Nazirlik Peşə məktəblərinə qəbul avqustda keçiriləcək


RƏYLƏR