Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanın Avroliqa təmsilçilərinin sayı azala bilər

Azərbaycanın Avroliqa təmsilçilərinin sayı azala bilər

Tarix: 12 May 2020 13:12

2020/21 mövsümündə Azərbaycan Avropa Liqasında 3 deyil, 2 komanda ilə təmsil oluna bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, koronavirus pandemiyası səbəbindən təqvimdə yaranacaq sıxlığı nəzərə alan UEFA Avropa Liqasında təsnifat mərhələlərini qısaltmaq haqda da düşünür. Bu halda Azərbaycan da daxil olmaqla yarışa təsnifat mərhələlərindən başlayan ölkələrin komanda sayı ixtisar ediləcək. Əgər qərar qəbul edilsə, Azərbaycanın Avroliqaya 3 yox, 2 komanda ilə qatılacaq.

Hazırda UEFA-nın milli federasiyalarla apardığı müzakirələrdə bu variant da təklif edilib. Həmin variant isə yalnız növbəti bir mövsümə aiddir.

Çempionlar Liqasının təsnifat mərhələsinin ləğvi ilə bağlı xarici KİV-lərin yaydığı xəbərlər isə UEFA tərəfindən təkzib edilib.

Milli.Az


Etiketlər:  Azərbaycanın Avroliqa təmsilçilərinin sayı azala bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ