Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fikrət Sadıxov: ''Nikol Paşinyanın babasının faşistlərlə iş birliyinin üzə çıxması Ermənistan üçün biabırçılıqdır''

Fikrət Sadıxov: ''Nikol Paşinyanın babasının faşistlərlə iş birliyinin üzə çıxması Ermənistan üçün biabırçılıqdır''

Tarix: 12 May 2020 15:03

Ermənistanın baş naziri Nikol Paşinyanın babasının faşistlərlə iş birliyinin üzə çıxması Ermənistan üçün biabırçılıqdır.

Sonxeber.net xəbər verir ki, bunu Trend-ə açıqlamasında politoloq Fikrət Sadıxov deyib.

Onun sözlərinə görə, bu fakt Ermənistanın müttəfiq ölkələri üçün də rüsvayçı vəziyyətdir:

"Uzun müddətdir ki, Paşinyan özünü demokrat kimi qələmə verir. Amma əsl vəziyyət Paşinyanın iç üzünü açır və dünyaya sübut edir ki, bu, heç də onun dediyi kimi deyil. Birincisi, Ermənistanın mərkəzində cəllad Njdeyə 6 metr hündürlüyündə heykəl qoyulması ölkənin faşizmi təbliğ etməsindən xəbər verir. Bu heykəl etirazlara baxmayaraq, hələ də dağıdılmayıb. İkinci tərəfdən məlum olub ki, Paşinyanın babası faşist dəstələrində Sovet İttifaqının sivil ölkələrinə qarşı vuruşub. Bu şəxsin əlləri qana bulaşıb".

Politoloq bildirib ki, artıq Paşinyan həm babasının faşist olması və Ermənistanda faşist Nijdeyə heykəl qoyulması, həm də faşistlərə münasibəti ilə iç üzünü tam ortaya qoyub:

"Əgər Ermənistanda 5 nəfər sağlam düşüncəli şəxs varsa, Paşinyana qarşı qalxmalı, etiraz etməlidirlər. Bildiyimə görə, artıq etirazlara başlanıb. Məlumata görə, artıq siyasi qüvvələr Paşinyana qarşı birləşirlər. Bu prosesdə açıq məlum olur ki, baş nazirin nəsli faşist nəslindəndir. Həm ermənilər, həm də digər xalqlar bunu dərk etməlidirlər".


Etiketlər:  Fikrət Sadıxov Nikol Paşinyanın babasının faşistlərlə birliyinin üzə çıxması Ermənistan üçün biabırçılıqdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ