Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İnstagram'' İran rəsmilərinin hesablarını dondurur

''İnstagram'' İran rəsmilərinin hesablarını dondurur

Tarix: 17 Aprel 2019 15:36

Bakı. Elnur Bağışov - Trend:

"İnstagram" sosial şəbəkəsi İranın bir sıra rəsmilərinin hesablarını dondurub.

Trend-in məlumatına görə, ABŞ-ın İran İslam İnqilabı Keşikçilər Korpusunu (SEPAH) terror təşkilatları siyahısına salmasının ardınca, "İnstagram" sosial şəbəkəsi İran rəsmilərinin hesablarını dondurmağa başlayıb.

İndiyədək İran İslam İnqilabı Keşikçilər Korpusunun bir sıra komandanları, o cümlədən Qasım Süleymani, Möhsün Rzayi, İranın yol polisinin rəisi Kamal Hadianfər, Məhkəmə Sisteminin rəhbəri İbrahim Rəisi və digər nüfuzlu şəxslərin instagram hesabları dondurulub.

İran KİV-ləri ali dini lider Ayətulla Xameneinin ingiliscə xidmət edən informasiya portalının "İnstagram" səhifəsinin də dondurulduğunu bildiriblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İnstagram İran rəsmilərinin hesablarını dondurur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ