Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi 4 məsələni plenar iclasa tövsiyə etdi

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi 4 məsələni plenar iclasa tövsiyə etdi

Tarix: 12 May 2020 16:42

Mayın 12-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib.

Milli Məclisdən Sonxeber.net-a verilən məlumata görə, iclası açan komitənin sədri Ziyafət Əsgərov bildirib ki, gündəliyə 4 qanun layihəsi daxil edilib.

Bunlar "Hərbi qulluqçuların statusu haqqında", "Dini etiqad azadlığı haqqında", "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında", "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında", "Daxili qoşunların statusu haqqında", "Veteranlar haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında", "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Torpaq islahatı haqında", "Sosial sığorta haqqında", "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında" və "Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə", həmçinin "Uşaq hüquqları haqqında", "Yol hərəkəti haqqında", "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında", "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında", "Torpaq bazarı haqqında", "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Kiçik sahibkarlığa dövlət köməyi haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında", "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə", o cümlədən "Onkoloji yardım haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Atçılıq haqqında", "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında", "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında", "Sığorta fəaliyyəti haqqında", "Könüllü fəaliyyət haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Təhsil haqqında" və "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə", həmçinin "İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında", "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında", "İcbari səğortalar haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Sosial xidmət haqqında", "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında", "Mədəniyyət haqqında", "Məktəbəqədər təhsil haqqında", "Peşə təhsili haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" və "Məşğulluq haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" qanun layihələridir.

Komitə sədri onlayn iclasda diqqətə çatdırıb ki, hər 4 qanun layihəsi "Əlilliyi olan şəxslərin hüquqları haqqında" 2018-ci il 31 may tarixli Qanunun icrası ilə əlaqədar hazırlanmış və uyğunlaşdırma xarakteri daşıyır.

Bildirilib ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanun ölkəmizin qoşulduğu beynəlxalq sənədlərin tələblərinə cavab verməklə, bu sahədə mütərəqqi dünya təcrübəsinə uyğun qanunvericiliyin formalaşdırılmasına xidmət edir. Həmin qanunla bu sahədə mövcud olan bir sıra terminlər dəqiqləşdirilmiş, o cümlədən "əlil" ifadəsi əvəzinə "əlilliyi olan şəxs", "əlillik qrupu" ifadəsi əvəzinə "əlillik dərəcəsi", "qüsur" sözü əvəzinə "pozuntu" sözündən istifadə edilmişdir. Bu da əlilliklə bağlı dövlət siyasətinin mühüm prinsiplərindən olan əlillik əlamətinə görə ayrıseçkiliyin bütün formalarının aradan qaldırılmasına, onların şərəf və ləyaqətinin müdafiəsinə yönəlib.

Qeyd olunanlarla bağlı göstərilən qanun layihələrində texniki və terminoloji baxımdan uyğunlaşdırma xarakterli düzəlişlər edilir.

Onlayn iclasda çıxış edən komitə üzvləri Hikmət Məmmədov, Erkin Qədirli, Aydın Mirzəzadə, Bəxtiyar Sadıqov və Nizami Səfərov qeyd olunan dəyişiklikləri yüksək qiymətləndirdilər, layihə barədə qeyd və təkliflərini veriblər.

Müzakirələrdən sonra gündəlikdəki 4 qanun layihəsinin hamısı Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

Onlayn iclasda komitə üzvləri Aqil Abbas, Əminə Ağazadə, Kamal Cəfərov, Elşad Mirbəşir oğlu, Oqtay Əsədov, Nurlan Həsənov, Elman Məmmədov və Arzu Nağıyev iştirak ediblər.


Etiketlər:  Müdafiə təhlükəsizlik korrupsiya ilə mübarizə komitəsi məsələni plenar iclasa tövsiyə etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ