Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2020 13:28
Bakı. Trend:
Ermənistanda koronavirusa yoluxma templəri indiki kimi davam edəcəksə, məhdudiyyətlər yenidən tətbiq oluna bilər.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin baş naziri Nikol Paşinyan öz “Facebook” səhifəsində canlı yayım zamanı deyib.
O bildirib ki, koronavirus böhranı ictimaiyyətin diqqətindən uzaqlaşır və bu da problemlərin artmasına səbəb olur:
“Artıq bir neçə gündür ki, ölkədə 100-dən çox yoluxma qeydə alınır. Bu onu bildirir ki, epidemioloji tələblərə tam əməl olunmur. Bu cür templə biz çox ciddi böhranla üzləşə bilərik”.
Qeyd edək ki, bu günədək Ermənistanda 3 718 koronavirusa yoluxub, 50-yə yaxın xəstə ölüb.
Ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunsa da, mayın 4-dən bəzsi məhdudiyyətlər aradan qaldırılıb.